Məşhur müğənniyə səhnədə SİLAHLI HÜCUM – FOTO
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İstanbulda, Ataşehirdə bir barda səhnəyə çıxan müğənni
Volkan Konaka atəş edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, atəş açan şəxs müğənnini vətən xaini olmaqda ittiham
edib. Konak silahlı hücumdan xəsarət almadan xilas olsa da, hücum
edən şəxs barın mühafizəçiləri tərəfindən ayağından vurularaq
yaxalanıb. Məlum olub ki, hücumçuların atəş açdığı güllələr tavana
dəyib.
Məlumat üçün bildirək ki, Volkan Konak kürd əsilli ifaçıdır.