Leyla Əliyevadan MÜRACİƏT: “Bu sevgini sənə hədiyyə etmək istəyirəm”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku”
jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin
(AMOR) sədri Leyla Əliyavanın şeirlər toplusu ilə rəsmləri olan
bloknot Moskvada satışa çıxarılıb.

Publika.az xəbər verir ki, “366 gün sevgi. Qış.
Yaz. Yay. Payız” (“366 дней любви. Зима. Весна. Лето. Осень.”) adlı
şeirlər toplusunın paytaxtın kitab mağazalarında satışına
başlanılıb.

Şeirlər toplusunda müəllif Leyla Əliyeva oxucularına
müraciətində bildirib: “Əziz oxucu, çox sağol ki, bu kitabı
əllərində tutursan. Qoy, sənin hər günün, hər anın ilboyu günəşli
olsun!

Bu sətirlərdə mənim həyata olan sevgim var. Bu sevgini sənə
hədiyyə etmək istəyirəm! Sizə sevgi arzulayıram. Qoy, heç zaman
sevgi sizi tərk etməsin!”

Leyla Əliyeva dörd cildlik şeirlər toplusunun və rəsmləri olan
bloknotu haqqında hazırlanan video çarxı sosial şəbəkədə
paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp