İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın
azərbaycanlı uşaq var.

Publika.az xəbər verir ki, bunu Rusiya Federal
Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın
Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi
bildirib.

Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12,
Azərbaycandan isə təqribən 15 uşaq var:

“Hazırkı vəziyyətdə söhbət yalnız ən böyüyünün 7-8 yaşı olan
uşaqlardan gedir. Biz bu ölkələrə necəsə köməklik göstərmək
istəyirik. Əvvəllər biz MDB vətəndaşlarını da gətirirdik, lakin
bunu bizə qadağan etdilər, çünki Rusiya qanunlarına görə, biz
xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik.
Uşağın valideynlərindən birinin Rusiya vətəndaşı olduğunu təsdiq
edən sənəd olmadıqda, biz heç nə edə bilmirik”. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp