İlkin Həsəni SİRRİNİ AÇDI: “Evlənənə kimi biz də…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bir neçə gündən sonra tamaşaçılarını “Bir xalanın sirri”
adlı komediya filmi ilə sevindirməyə hazırlaşan aparıcı və aktyor
İlkin Həsəni ekran işi haqqında fikirlərini bizimlə
bölüşüb.

İlkin Həsəni Publika.az film haqqında maraqlı
məqamları açıqlayıb.

“Bozbash Pictures”in filmlərində əsas hadisələr Şəmi,
Şöşü, Ağsaqql, Qılman, Şirin və Fəlakətin ətrafında baş verir.
Qadın aktrisalar ikinci planda qalır. “Bir xalanın sirri”nin
treylerində də populyar aktrisalardan heç kimi görmədik.
Ümumiyyətlə, sizin filmlərinizdə tanınmış aktrisalar demək olar ki,
çəkilmir, daha çox yeni simalara üstünlük verirsiniz. Bu, nə ilə
bağlıdır?

– Bütün filmlərimizdə və layihələrimizdə əsas rolları “Bozbash
Pictures”in heyətinə daxil olan qızıl altılıq ifa edir. Başqa
filmlərdə baş rol qəhrəmanları adətən iki nəfərdən ibarətdir. Bizdə
isə belə deyil. Qızıl altılığa daxil olan aktyorların hər bir
ayrı-ayrılıqda baş rol ifaçısı sayılır. Odur ki, əlavə gələn hər
hansı aktyor, istər qadın, istər kişi avtomatik ikinci planda
qalır. Bu, konkret olaraq bizim siyasətimiz deyil, sadəcə ssenari
belə alınır. Onu da qeyd edim ki, “Bozbash”ın filmlərində çəkilmək
yeni simalar üçün də düşərli olur. Onlar daha geniş auditoriya
tərəfindən tanınmağa başlayır.

İlkin Həsəni və “Bozbash”ın digər qəhrəmanları real
həyatda da filmlərdəki kimi daima macəralar
axtarışındadır?

– Evlənənə kimi hə, macərapərəst idik, macəranı özümüz
axtarırdıq, amma indi macəra özü bizi tapır (gülür).

İllərdir ki, fırıldaqçı və dələduz obrazlarını
canlandırırsınız. Yəqin ki, oynadığınız rollar onları sizə
hərtərəfli tanıtdırıb. Sizi adlatmaq istəyən, fırıldaqçılar və
kələkbazlarla üzləşdikdə necə reaksiya verirsiniz? Belələri ilə
tez-tez rastlaşırsınız? Sizcə, insanları nə məcbur edir ki,
fırıldaqçılıqla məşğul olsunlar?

– Fırıldaqçı insanlarla istər cəmiyyətə, istərsə də çəkilişlərdə
tez-tez qarşılaşırıq. Onlar müxtəlif sahələrdə hər zaman olub və
olacaqlar da. Fırıldaqçılardan xilas olmağın yeganə yolu odur ki,
onları daha yaxşı tanıyasan, ifşa edəsən. Onlarla elə onların
dilində danışmaq lazımdır.

“Stalinin başı” Azərbaycanda izlənmə rekordu qırdı. Öz
rekordunuzu təzələyə biləcəksiniz?

– Bəli, “Stalinin başı” ölkəmizdə həm yerli, həm də xarici
filmlər arasında izlənmə rekordu qırdı. Bizim rekordumuzu hələ ki,
heç bir film təzələməyib. “Bir xalanın sirri” martın 1-dən etibarən
kinoteatrlarda nümayiş ediləcək. İnanırıq ki, bu film “Stalinin
başı”ından daha böyük marağa səbəb olacaq. Çünki “Bir xalanın
sirri” həm janr, həm çəkiliş üslubu, həm də ssenari baxımdan çox
fərqlidir.

Məlumat üçün bildirək ki, baş rollarda İlkin Həsəni, Ramil
Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin
Misgərlinin rol aldığı “Bir xalanın sirri” filminin rejissoru Emil
Quliyevdir.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp