Heyvandarlığın inkişafına 3 milyon manat ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev fevralın 22-də “Naxçıvan Muxtar
Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla Süni
Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3
milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə
ayrılıb.

Sərəncamda bildirilir ki, ölkədə qeyri-neft sektorunun vacib
tərkib hissəsi kimi aqrar sahənin inkişaf etdirilməsi prioritet
istiqamətlərdəndir. Belə ki, əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair çoxşaxəli tədbirlər görülür, ərzaq və qida
təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sektorun inkişafına
yönələn mühüm layihələr həyata keçirilir. Yeni qurulan və müasir
avadanlıqla təchiz edilmiş infrastruktur, o cümlədən heyvanların
cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə yaradılan süni
mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol
oynamaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp