Goranboyda iş icraçısı rəis tərəfindən döyüldü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Goranboy rayonunda iş icraçısı döyülüb.
Nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini
Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq
xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi
fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov
tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum
deyil.
Faktla bağlı araşdırma aparılır. (report)