Dövlət qulluğuna qəbul üzrə müsahibənin nəticələri AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018-ci il fevralın 21-dən etibarən Dövlət İmtahan
Mərkəzi (DİM) tərəfindən 2018-ci il 11 yanvar tarixində elan
edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi
üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinə
başlanılıb.

Mərkəzdən Publika.az-a verilən məlumata görə,
müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan,
Lənkəran regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi
daxil olmaqla, 15 müxtəlif yerdə təşkil edilib. Digər 3 bölgədə
(Mingəçevir, Göyçay və Bərdə) müsahibələrin keçirilməsinə yaxın
günlərdə müsahibələrə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə
tutulan 107 müsahibədən 65-i baş tutmuş, 42 namizədlə müsahibə isə
onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş
namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 1
nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci
il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi
Qaydası”nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi
üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və
resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki,
müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə
DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam
olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki,
onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir,
namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə
hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə
tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan
ləğv etməlidirlər.

Martın 16-dək keçiriləcək müsahibələrin qrafiki ilə DİM­-in
internet saytından tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp