CANLI YAYIMDA DAVA: Aparıcı ilə qonaq yumruqlaşdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyanın NTV telekanalında canlı yayımlanan “Mesto
vstreçi” (Görüş yeri) proqramında aparıcı Andrey Norkin və
ukraynalı politoloq Dmitri Suvorov arasında əlbəyaxa dava
olub.

APA-nın xəbərinə görə, insident Ukraynanın Donbas bölgəsindəki
vəziyyətin müzakirəsi zamanı baş verib.

Belə ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer
bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib.
Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən
uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey
Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman
onların arasında dava düşüb. Davaya bir neçə şəxsin də qoşulduğu
bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp