BDU-da Xocalı soyqırımı anılıb – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 26-cı
ildönümü ilə əlaqədar tədbir keçirilib.

Universitetin Mətbuat və İnformasiya şöbəsindən
Publika.aza verilən məlumata görə, rektor Abel
Məhərrəmov çıxışında Xocalı soyqırımının tarixdə ən qəddar və
amansız terror hadisələrindən biri, xalqımıza qarşı aparılan etnik
təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu
vurğulayıb.

Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq
Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna
məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı
şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i
yaşlı insanlar olmaqla, 613 Xocalı sakininin ağlasığmaz vəhşiliklə
qətlə yetirdiklərini diqqətə çatdırıb. Ümummilli lider Heydər
Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə hüquqi-siyasi qiymət
verildiyini, Prezident İlham Əliyevin onun soyqırımı kimi tanınması
istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib.
Rektor Abel Məhərrəmov Heydər Əliyev Fondunun, o cümlədən fondun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində
silsilə tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal kimi
dəyərləndirib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra
BDU-nun kafedra müdiri, AMEA-nın Tarix İnstitunun direktoru,
akademik Yaqub Mahmudov çıxış edərək XX əsrdə azərbaycanlıların
dörd dəfə kütləvi qırğınlara, soyqırımlara və etnik təmizləmələrə
məruz qaldığını bildirib, Xocalı faciəsinin 200 illik qanlı
tariximizin son soyqırımı olmasından bəhs edib.

Daha sonra Bakı Dövlət Universitetinin, “Azərbaycan Televiziya
və Radio Verilişləri” QSC-nin dəstəyi hazırlanan və Xocalı
soyqırımından bəhs edən “Cəzasız cinayət” adlə sənədli film nümayiş
etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp