Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də
Novruz bayramına təsadüf edəcəyi gözlənilir.

Publika.az-ın “Xezerxeber.az”a istinadən
məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü
Əliməmməd Nuriyevbildirib ki, indiyədək əfvlə bağlı keçirilən
iclaslarda yüzlərlə müraciətə baxılıb.

Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət
edilir.

Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum
müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların
müraciətinə baxılır.

Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən
bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı
imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp