Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin
ailəsinə ağır itki üz verib.

Mərhum Xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə
vəfat edib. Bu barədə saytımıza ailənin yaxınları məlumat
veriblər.

Bildilib ki, Dilarə xanımla vidalaşma mərasimi bu gün Təzəpir
məscidində keçiriləcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral ayında vəfat
edib. Mərhum xalq şairi 2009-cu il fevral ayının 13-də 83 yaşında
dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin! (modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp