Aztəminatlı şəxslərə pulsuz hüquqi xidmətlər göstəriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda aztəminatlı şəxslərə pulsuz hüquqi
xidmətlər göstəriləcək.

Publika.az xəbər verir ki, bu, Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında
vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda
əksini tapıb.

Sərəncamla Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas
imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc
hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən
hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə
vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı
zəruri tədbirlər görsün, vəkillərin öz fəaliyyətində qanunçuluğa,
ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o
cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi
yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və
nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin,
Azərbaycanın şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli
hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda
vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər
hazırlayıb həyata keçirsin.

Bundan başqa, kollegiyaya, həmçinin hüquqi məsləhətə ehtiyacı
olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini
təşkil etmək, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın
artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi
ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir
İKT-nin tətbiqini və hüquqi xidmətlərin elektron formada
göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid
elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron
məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində
tədbirlər görmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp