Azərbaycanda bu yol pullu olacaq
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu
ödənişli olacaq.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə
Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.
“Bu yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən
Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan
məsafəni əhatə edir. Bu yol 4 cərgəli, 1-ci dərəcəli geniş yol
olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli
yol kimi nəzərdə tutulur”, – deyə S.Məmmədov əlavə edib.
Qeyd edək ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi
yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu
yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb. (apa)