Anar Ağakişiyev Məleykə Əsədovanı TANINMAZ HALA SALDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Adını dünyanın bir çox ölkələrində də tanıtdıran makiyaj
ustası Anar Ağakişiyev bu dəfə Xalq artisti Məleykə Əsədovanı
bəzəyib.

Publika.az xəbər verir ki, makiyajla qadınları
cavanlaşdıran, bəzən də onları tanınanmaz hala salan Anar
Ağakişiyev aktrisanın makiyajdan əvvəl və sonrakı halını instaqram
səhifəsində paylaşıb. İmicində dəyişiklik etməyi sevmədiyini deyən
50 yaşlı aktrisanın görüntüləri marağa səbəb olub.

Stilist aktrisa haqqında bunları qeyd edib:

“Azərbaycan səhnəsinin bənzərsiz aktrisası, gözəllər gözəli,
istedadlı və təkrarolunmaz xalq artistimiz, 29 il fasiləsiz bizi öz
möhtəşəm fəaliyəti ilə sevindirən Məleykə Əsədova üçün mən və gözəl
komandam yeni obraz yaratmaq qərarına gəldik. Bu iş əziz dostum
Nəzakətin hesabına ərsəyə gəldi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp