5 dərəcə ŞAXTA OLACAQ – Sabahın havası



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin
olacaq. Şimal-şərq küləyi əsəcək.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib
ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz
7-11, Bakıda 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90,
gündüz 60-70 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi
əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti,
dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı
gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp