​​​​​​​ABŞ-ın Türkiyə ilə bağlı yeni planı AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ prezidenti Donald Tramp administrasiyası Türkiyə ilə
əlaqələri bərpa etmək və Ankaranı Rusiya və İranla qurduğu
ittifaqdan qoparmaq üçün işə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda“Wall Street
Journal” nəşrinə danışan Ağ Evdəki mənbələr bildiriblər.

Mənbələrin sözlərinə görə, ABŞ İran və onun müttəfiqlərinin
Suriyadan çıxarılması üçün Ankaraya yardım təklif etməyi
planlaşdırır. Qəzet Ankara ilə aparılan danışıqlarda Trampın milli
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster,
xarici işlər naziri Reks Tillerson və müdafiə naziri Jeyms Mettis
kimi yüksək rütbəli rəsmilər də daxil olmaqla, çoxlu sayda
səlahiyyətlinin iştirak etdiyini yazıb.

Mənbələrdən birinə görə, Türkiyənin Rusiya və İranla
yaxınlaşması, Türkiyənin maraqları ilə ziddiyyət təşkil edir.
Bildirilir ki, Rusiyanın Türkiyəyə S-400 zenit-raket satmasının
əsas məqsədi NATO-nu dağıtmaqdır. Mənbələr Rusiyanın bu istiqamətdə
irəliləyiş əldə etdiyini ifadə ediblər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp