YAP imzatoplama kampaniyasını yekunlaşdırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan
Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə
namizədliyinin müdafiəsi üçün partiyanın yerli strukturları
tərəfindən mütəşəkkil surətdə həyata keçirilmiş imzatoplama
kampaniyası uğurla başa çatdı.

Publika.az xəbər verir ki Seçki Məcəlləsinin
tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün
tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az
olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq
şərtilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu
Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin
müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində
imzatoplama aksiyası keçirmiş və kampaniyanı uğurla başa
çatdırmışdır. İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha
dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki
Komissiyasına təqdim ediləcəkdir.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral
ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il
aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan
Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə
namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul
edilmişdir. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası
prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin
irəli sürülməsi təsdiq edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp