Rusiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında
yerləşən Şərqi Guta bölgəsində vəziyyət üzrə BMT Təhlükəsizlik
Şurasının fövqəladə iclasını keçirməyi təklif edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, təklifi
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya
səsləndirib.

Qeyd edək ki, bu gün BMT-nin Baş katibi Antoniu Quterriş Şərqi
Guta bölgəsində vəziyyətin kəskin pisləşməsi ilə narahatlığını
ifadə edib. Xəbərlərə görə, aviazərbələr və atəşlər nəticəsində son
iki gün ərzində 100-dən çox insan həlak olub. BMT-nin baş katibi
Rusiya, İran və Türkiyəni bu rayonda atəşin dayandırılmasına nail
olmağa çağırıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp