Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu dəyişdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı
artıb.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti
bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil
olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir