Prezidentdən məcburi köçkünlərə ŞAD XƏBƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara
bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması
haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda deyilir
ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid
aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz
artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp