Övladının rus bölməsində təhsil almasını istəyənlərin nəzərinə



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160
nömrəli Klassik Gimnaziyaların mikroərazisində yaşayan və övladları
müsabiqəyə cəlb edilən şəxslər Bakı Şəhər Təhsil İdarəsinə müraciət
edə bilərlər. Hər bir müraciət araşdırılacaq və onların qəbulunun
müsabiqəsiz həyata keçirilməsi təmin ediləcək”.

Publika.az xəbər verir ki, bununla bağlı Bakı
Şəhəri Təhsil İdarəsinin informasiya təminatı sektorunun müdiri
İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında məlumat
verib.

Sektor müdiri deyib ki, yalnız digər ərazilərdə yaşayan
valideynlərin uşaqları liseylərə müsabiqə yolu ilə qəbul edilə
bilər.

İ.Abdullayeva övladları rus bölməsinə qəbul olunacaq
valideynlərin məktəblərdə yer məhdudiyyəti ilə bağlı fikirlərinə də
münasibət bildirib:

“Məktəblərdə rus bölmələrinin sayının az olması ilə bağlı
fikirlər həqiqəti əks etdirmir. Bu il Bakı şəhərində bəzi
məktəblərdə yeni rus bölməsi üçün siniflər açılacaq. Hətta bəzi
məktəblərdə rus bölməsində siniflərin sayı Azərbaycan bölməsindən
çoxdur. Rus bölməsinə də qəbulda birinci növbədə məktəbin inzibati
ərazisində yaşayanlar nəzərə alınacaq. Hər bir sinifdə şagird
tutumu məhdudiyyəti var. Ona görə də övladlarının istədikləri
məktəbə qəbul olmasını arzulayanlar qısa zamanda qeydiyyatdan
keçməlidirlər”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp