“Neftçi” onunla yollarını ayırdı – RƏSMİ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Neftçi” xorvatiyalı futbolçusu Mateo Mujeklə yollarını
ayırıb.
Publika.az xəbər verir ki, xorvatiyalı
müdafiəçinin müqaviləsinə bu gün qarşılıqlı razılşma əsasında xitam
verilib.
“Neftçi” M.Mujekin özünə yeni komanda tapmasında israrlı idi.
Nəhayət ki, xorvatiyalı müdafiəçi ilə danışıqlar müsbət
nəticələnib. Beləliklə, qış fasiləsindən bəri ölkəsində axtarışda
olan 23 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv
edilib.
Qeyd edək ki, Mateo Mujek “Neftçi”yə Sloveniyanın “Rudar”ından
keçmişdi.