Məzahir Pənahov ATƏT və Aİ-nin nümayəndələri ilə seçkilərə hazırlığı müzakirə etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir
Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
(DTİHB) ehtiyacların dəyərləndirilməsi missiyasının nümayəndələri
ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, nümayəndə
heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət
prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində
görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş
seçkilərə hazırlıqla maraqlanıb.

MSK-nın beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq
olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha
da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm
rol oynadığını vurğulayan MSK sədri ölkəmizin seçki sistemi barədə
ətraflı danışıb.

M. Pənahov diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin
edilmiş prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq
olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar
ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin
həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının
seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp