Mərkəzi Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Korrupsiya cinayətində şübhəli bilinən Latviya Mərkəzi
Bankının rəhbəri İlmar Rimşeviç vəzifəsindən
kənarlaşdırılıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bu barədə Latviya Korrupsiya ilə Mübarizə Bürosunun
nümayəndəsi Laura Duşa bildirib.
Qeyd edək ki, İ. Rimşeviç pul tələb etməkdə və böyük məbləğdə
rüşvət almaqda şübhəli bilinir. İstintaq materiallarına əsasən,
rüşvətin məbləği azı 100 min avro təşkil edib.
İ. Rimşeviç bundan əvvəl vəzifəsindən getmək istəmədiyini bəyan
etmişdi.