İtini xilas etmək istədi, həlak oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Kaliforniya ştatının sakini itini xilas etmək
istəyərkən həlak olub.

Trend-in məlumatına görə, hadisə ştatın Deyli-Siti şəhərinin
çimərliyində baş verib.

Gəzinti zamanı it qaçaraq qayanın kənarına yaxınlaşıb. Sahibi
onu 150 metrlik uçuruma düşməkdən qorumaqa çalışıb, lakin bu zaman
özü qayadan yıxılıb.

67 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp