İlk oyunlar bu gün bitir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin
ilk oyunlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu dəfə diqqətlər
İspaniya və Ukraynaya yönələcək.

“Sevilya” ilə “Mançester Yunayted” arasındakı qarşılaşmaya maraq
daha böyükdür. Bu, eyni zamanda “Çelsi” – “Barselona” cütlüyündən
sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olacaq.

Mərhələnin digər görüşü Xarkovda baş tutacaq. “Qarabağ”ın yer
aldığı C qrupunu zirvədə tamamlayan “Roma” “Şaxtyor”un qonağı
olacaq. Qrupda “Napoli”ni geridə qoyan Paulo Fonsekanın yetirmələri
növbəti sensasiyaya imza ataraq, İtaliyanın digər təmsilçisini
mübarizədən kənarlaşdırmağa çalışacaq. A seriyasında çempionluqdan
əli üzülən “canavarlar” isə bunu Çempionlar Liqasında 1/4 finala
adlamaqla unutdurmaq niyyətindədi.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

21 fevral

23:45. “Sevilya” (İspaniya) – “Mançester Yunayted”
(İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)

“Ramon Sançes Pisxuan” stadionu, Sevilya

23:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Roma”
(İtaliya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

“Metallist” stadionu, Xarkov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp