Hava çiskinli olacaq, yağış, qar yağacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda sabaha olan hava proqnozu
açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron
yarımadasında sabah hava şəraitinin bəzi yerlərdə arabir çiskinli
olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz
7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95,
gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir
yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda
əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman
olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti,
dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı
gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp