Gəncə Yol Polisinin rəisi işdən çıxarılıb?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün bəzi KİV-lərdə Gəncə şəhər Baş Polis İdarəsinin
Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun tutduğu vəzifəsindən azad
olunduğuna dair xəbərlər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Gəncə şəhər Baş Polis İdarəsi ilə
əlaqə saxladıq. İdarədən Publika.az-a verilən
məlumata görə, Rəhim Zalov vəzifəsindən azad edilməyib: “Rəhim
Zalov hazırda DYP rəisi olaraq öz vəzifə səlahiyyətlərini yerinə
yetirir. Belə bir rəsmi qərar qəbul edilməyib. Yayılan
informasiyalar əsassızdır”.

KİV-də yayılan məlumatlara görə, Rəhim Zalovun DYP rəisi
vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı
nöqsanlar olub.

Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi
yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi
Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi
həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp