Ermənilərin “aprel müharibəsi” ETİRAFI, növbəti zərbəyə HAZIRLIQ…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan və Ermənistan xarici işlər nazirləri
prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə
dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar.
Ankara Bəşər Əsəd rejimi ilə YPG arasında iddia edildiyi kimi bir
razılaşmanın olmadığını bəyan edib. Türkiyənin Xarici İşlər
Nazirliyinin sözçüsü Hami Aksoy Ankaranın Dəməşqlə görüşməsi
iddialarını qiymətləndirib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan
arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik
yeni bir mərhələyə keçib. Moskva “Müller siyahısı”na qarşı cavab
addımları atacaq. Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları
barəsində sanksiyaların müddətini uzadacaq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və
Azərbaycan XİN rəhbərlərinin Krakov görüşünə dair yaydığı bəyanatda
vurğulanır ki, nazirlər prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin
ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış
konseptual sənədləri ilə razıdırlar.
Bunu “Novosti
Armeniya”ya müsahibəsində ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey
Kaspişik deyib. Onun sözlərinə görə, tərəflər tez bir zamanda sənəd
üzərində işlərin yekunlaşdırılmasına dair arzularını ifadə
ediblər.

İşğalçı Ermənistanda 2016-cı il dördgünlük aprel
müharibəsində aldığı zərbələri uzun müddət yaddan
çıxmayacaq.
Siyasətşünaslıq elmləri doktoru Levon
Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir.
Erməni ekspert Azərbaycanın növbəti hücumunu gözləməyin lazım
olmadığını, Ermənistanın özünün hücum etməli olduğunu bildirib.

Levon Şirinyanın sözlərinə görə, aprel müharibəsində itirilən
Lələ Təpə rəqib üçün rahat mövqe ola bilər və onu qaytarmaq
lazımdır.

“Bəşər Əsəd rejimi ilə YPG arasında iddia edildiyi
kimi bir razılaşma yoxdur”.
Bunu mətbuat konfransında
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın
deyib.

“Dünən Hələbin ətrafından Afrinin cənub bölgələrinə, oradan da
şəhərə girməyə çalışan 40-50 avtomobillik konvoyun hərəkətini
müşahidə etdik. Konvoy artilleriya atəşi ilə dayandırılaraq geri
çəkilməyə məcbur edildi”, – o söyləyib.

İ.Kalın əlavə edib ki, hər hansı razılaşma olsa belə, Türkiyə
“Zeytun budağı” əməliyyatına əvvəlki şəkildə davam edəcək.
Prezidentin sözçüsü xəbərdarlıq edib ki, rejimin və ya digər
ünsürlərin bu addımları çox ciddi nəticələrə səbəb ola bilər.
Ankaranın rəsmi Dəməşqlə təmasının olmadığını deyən İ. Kalın qeyd
edib ki, zaman-zaman bəzi mesajlar İran və ya Rusiya üzərində
çatdırılır.

Dünən Suriya hökumətinə bağlı qüvvələrin Türkiyənin
“Zeytun budağı” əməliyyatı keçirdiyi Afrinə daxil olması barədə
xəbər gündəmi bir anda dəyişdi.
Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bu gün keçirdiyi
mətbuat konfransında Dəməşq və Afrindəki YPG terrorçuları arasında
razılaşmanın olmadığını bildirsə də, razılaşma ehtimalı da nəzərdən
keçirilir. Belə bir razılaşma olsa, Türkiyə hansı strategiya ilə
hərəkət edəcək?

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami
Aksoy Ankaranın Dəməşqlə görüşməsi iddialarını
qiymətləndirib.
O, Suriya ilə siyasi danışıqların
olmadığını, amma kəşfiyyat görüşlərinin ola biləcəyini deyib.

Afrində keçirilən “Zeytun budağı” əməliyyatını qiymətləndirən
Hami Aksoy “PKK/PYD ya çəkiləcək, ya da çəkiləcək, başqa alternativ
müzakirə mövzusu deyil” söyləyib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin
başçısı Sergey Lavrov Türkiyənin təhlükəsizlik maraqlarının Suriya
hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə biləcəyini
bildirib.

ABŞ-ın kürdləri Suriyadan ayırmağa hesablanmış
təşəbbüsləri Suriyada problemlərin həllinə heç bir fayda
vermədi.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri
Sergey Lavrov deyib.

Suriyada problemlərin yalnız dialoq yolu ilə həll edilə
biləcəyini vurğulayan Lavrov Dəməşqin kürdlərlə müzakirələrə
başlamalı olduğunu bildirib.

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi
Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə
keçib.
Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft
axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini
martın 10-na kimi uzadıb.

Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr prezidenti
Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın
baş naziri Aleksis Çiprasa vəziyyət barədə məlumat verib.
Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını
istəyib.

Birləşmiş Ştatlar İranla uzunmüddətli münaqişəyə
hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə
məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, 2018-ci ilin
birinci yarısı islam respublikasına hücum etmək üçün əsl vaxtdır.
Amma Vaşinqton üçün bir problem var
. Vaşinqtona
Avropa İttifaqının köməyi lazımdır.

Amma avropalılar İranla ticarət etməyə və duşmənçilik etməməyə
üstünlük verirlər. Avropa İttifaqının mövqeyi Vaşinqtonda
qıcıqlanmaya səbəb olur. Təsadüfi deyil ki, Makmaster Tehranın
raket proqramı və İran iqtisadiyyatına dəstək verən investorları
ittiham edib.

ABŞ İranla arasındakı fikir ayrılığının sona çatması
üçün Tehrana neytral ərazilərdə birbaşa danışıqlar keçirməyi təklif
edib.
Bu barədə informasiyanı Küveytin “Al Jarida”
qəzeti yayıb.

Amerikalılar danışıqlar üçün Omanın paytaxtı Maskat və
İsveçrənin Cenevrə şəhərini təklif ediblər. Vaşinqton əvvəlcə
Tehrandan İran həbsxanalarındakı ikili vətəndaşlığı olan şəxslərin
azadlığa buraxılmasının müzakirəsini istəyib, lakin sonradan öz
təklifini dəyişdirərək, bütün mübahisəli məsələlərin məxfi şəkildə
müzakirəsini istəyib. İran tərəfi isə ABŞ-a etibarının tam itdiyini
bildirib və onunla müzakirələrdən imtina edib.

ABŞ Prezidenti Donald Tramp təsdiq edir ki, Rusiya
təkcə 2016-cı il prezident seçkisinə müdaxilə etməyə cəhd etməyib,
o, faktiki olaraq seçkiyə müdaxilə edib.
Bunu
jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders
söyləyib.

“Rusiyanın seçkiyə müdaxiləsi aydındır. Aydın olan digər məqam
odur ki, Trampın qərargahı rusiyalılarla heç bir gizli razılığa
gəlməyib”, – deyə o bildirib.

Moskva “Müller siyahısı”na qarşı cavab addımları
atacaq.
Bunu jurnalistlərə açıqlamasında Rusiya
Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun
sözlərinə görə, artıq bəzi şəxslərin Rusiyaya girişi
yasaqlanıb.

Qeyd edək ki, bundan öncə ABŞ-ın xüsusi prokuroru Robert Müller
13 Rusiya vətəndaşını və 3 rus şirkətini ABŞ-dakı seçkilərə
müdaxilə ittihamı ilə Vaşinqtonun qara siyahısına salıb.

Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları
barəsində sanksiyaların müddətini uzadacaq.
Bu haqda
Avropa İttifaqındakı mənbə bildirib.

Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin daimi
nümayəndələri sanksiyaların müddətinin uzadılmasını
uyğunlaşdırıblar. Qərarın 2018-ci il martın 12-də qəbul edilməsi
planlaşdırılır. Əvvəlki sanksiyaların müddəti martın 15-də
bitir.

Xatırladaq ki, Rusiya və Ukrayna vətəndaşlarına (Donetsk və
Luqansk “xalq respublikaları”nın rəhbərləri –red.) 2014-cü ilin
martında qəbul edilib. Həmin şəxslər Ukraynanın ərazi bütövlüyü və
müstəqilliyini pozmaqda ittiham olunublar. Sanksiyaların müddəti
hər 6 aydan bir uzadılır.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyada
keçirilən Qış Olimpiya oyunları zamanı Şimali Koreyadan olan
rəsmilərlə tarixi bir görüş keçirilməsi üçün təşəbbüs göstərsə də,
Kim Çen rejimi son anda görüşü ləğv edib.
Bu barədə
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert
danışıb.

Noyert Şimali Koreyadan olan rəsmilərin görüşə son anda etiraz
etdiyi üçün təəssüfləndiklərini bildirib.

Qeyd edək ki, ABŞ Qış Olimpiya oyunları zamanı Pxenyanla hər
hansı bir görüşün planlaşdırılmadığını açıqlamışdı.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp