Cenk Tosunun komandasından yeni müqavilə
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İngiltərə Premyer Liqasında uğurlu nəticələr əldə edən
“Everton” heyətini gücləndirməyə davam edir.
Publika.az xəbər verir ki, Türkiyədən Cenk
Tosunu heyətinə cəlb edən ingilis klubu mərkəz oyunçusu İdrissa
Geye ilə müqavilə müddətini uzadıb.
Klubdan verilən açıqlamada 28 yaşlı seneqallı futbolçunun
sözləşməsinin 2022-ci ilə qədər uzadıldığı bildirilib.
İki il öncə “Aston Villa”dan 7 milyon sterlinq qarşılığında
transfer edilən Geye 64 matça çıxıb və aktivinə 3 qol yazdırıb. O,
komandasında xoşbəxt olduğunu və azarkeşlərini sevdiyini deyib.
Zümrüd