Bu, Cümhuriyyətin ən mühüm işlərindən biridir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı
rayon İcra Hakimiyyətində Bakı Dövlət Universitetinin 100 illik
yubileyi ilə əlaqədar tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən
Publika.az-a verilən məlumata görə, Suraxanı rayon
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Azərbaycan Xalq
Cümhuriyyəti İli” çərçivəsində universitetin 100 illik yubileyinin
müxtəlif illərdə Bakı Dövlət Universitetini bitirmiş suraxanılı
məzunların iştirakı ilə keçirilməsini əlamətdar hadisə adlandırıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi
haqqında Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli
sərəncamından danışan İlqar Abbasov Cümhuriyyətinin öz üzərinə
götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, Bakı
Dövlət Universitetinin də məhz milli hökümət tərəfindən
yara­dılmasından bəhs edib, universitetin xalqımızın təhsil və elm
tarixində oynadığı rola diqqət çəkib.

Sonra Azərbaycan Respublikası Prezideti yanında “Bilik” Fondunun
rəhbəri Oqtay Səmədov BDU ilə rəhbərlik etdiyi qurum arasındakı
əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçirilməsi nəzərdə
tutulan tədbirlərdən, birgə əməkdaşlıq məsələlərindən bəhs edib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Prezident
İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamlardan
danışıb. Bildirib ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq
Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli
dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq
və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək
müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə Bakı
Dövlət Universitetinin təsis edilməsini Cümhuriyyətin gördüyü mühüm
işlərdən biri olduğunu deyən rektor əlavə edib ki, milli hökumət
yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və
siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi
addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının
meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da
danışıb. Bakı Dövlət Universitetinin tarixi ilə ölkəmizin tarixi
arasında bir vəhdət, üzvi əlaqə mövcud olduğunu deyən rektor qeyd
edib ki, BDU-nun yaradılması tarixinə nəzər saldıqda, təsis
edildiyi günə kimi respublikamız kimi onun da nə qədər
çətinliklərlə üzləşdiyini müşahidə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp