Bakının iki magistralında sürət həddi endirilib
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas
avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və
Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20
km/saat endirilib.
Bu barədə Publika.az-a Nəqliyyat Agentliyinin mətbuat katibi
Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, eyni zamanda elektron lövhələrə “Sürüşkən
Yol” işarəsi qoyulub:
“Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl
etsinlər”.