Bakıda gecə saatlarında ağacları kəsdilər
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə
saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağac
kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
Publika.az-a verilən məlkumata görə, fakt
əməkdaşlar tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin
tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə bu gün
keçirilən reyd zamanı aşkarlanıb.
Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi
üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon
polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti
altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20
ədəd yeni ağacın əkilməsi təmin olunub.