“Azercell” Qubada təlimlər keçirdi – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azercell Telekom MMC ölkəmizdə təhsilin və tələbələrin
inkişafına dəstəyini davam etdirir. Şirkət əməkdaşları II dəfə
təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində Qubada
tələbələrə təlimlər keçiblər.

Qeyd edək ki, tədbirdən əvvəl təlimçilər Təhsil Nazirliyində
nazir müavinin qəbulunda olublar. 100-ə yaxın tələbənin iştirak
etdiyi Qış Məktəbində Azercell şirkətinin peşəkar təmsilçiləri
Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Suleymanov karyera
planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat
bacarıqları mövzsunda bilik və təcrübələrini tələbələrlə
bölüşüblər. İki gün davam edən təlimin sonunda iştirakçılara
sertifikatlar verilib. Təlimlərin keçirilməsində məqsəd sonuncu
kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı
üçün lazım olan bacarıqları aşılamaqdır.

Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə geniş əməkdaşlığı
var. Ötən il ilk dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi
layihəsində də Azercell təmsilçiləri iştirak ediblər. Bundan əlavə
Azercellin Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə
elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama
İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay
müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan
biri məhz SABAH qruplarının tələbələri olub. 2017-ci ildə SABAH
qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil
edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların
idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar
keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp