Azərbaycanla Çexiya arasında memorandum imzalandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan
Ticarət Palatası (Çexiya) arasında əməkdaşlıq memorandumu
imzalanıb.

Səfirlikdən Publika.az-a verilən məlumata görə,
sözügedən memorandumun, Azərbaycanla Çexiya arasında
ticari-iqtisadi münasibətlərinin inkişaf etdirilməsi, hər iki
ölkənin işgüzar dairələri arasında təmasların təşviqi, eləcə də
Çexiyada Azərbaycanın təbliğ edilməsinə xidmət edəcək.

Səfirlik ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya)
arasında indiyə qədər uğurlu əməkdaşlıq davam etməkdədir. Belə ki,
əməkdaşlığın nəticəsi olaraq, “Gəncə avtomobil zavodu” ilə
Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus
yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum
Azərbaycanın Çex Respublikasındakı səfirliyində imzalanıb.
Əməkdaşlığın davamı olaraq, Avropa-Azərbaycan Ticarət Palatası
(Çexiya) ilə səfirlik arasında cari il ərzində ölkəmizlə bağlı
müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir