Azərbaycan və Ermənistan sərhədində monitorinq insidentsiz yekunlaşdı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti
monitorinq keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Müdafiə
Nazirliyindən məlumat verilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq, fevralın 21-də Azərbaycan və Ermənistan dövlət
sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq
insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri
Mixail Olaru və Saymon Tiller keçiriblər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra
köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçiriblər.