Azərbaycan bu şəxsi beynəlxalq axtarışa verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə
qanunsuz səfər etmiş şəxslərə qarşı Baş Prokurorluqtərəfindən
cinayət-hüquqi tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Baş
Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində
istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət
göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa
Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın mütəşəkkil dəstə
tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının
dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz
keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsi, qondarma
“Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliğ
edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı,
habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar
etməsinə əsaslı şübhələr olduğundan 20 fevral 2018-ci il tarixdə o,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə
yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci
(mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət
sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb olunmaqla, barəsində məhkəmə qərarı əsasında
həbs qətimkan tədbiri seçilmiş və “İnterpol” xətti ilə beynəlxalq
axtarış elan olunub.

“Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün
pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq
və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd
fəaliyyətə cəlb edilmiş şəxslərə qarşı zəruri və qəti addımlarını
bundan sonra da atacaq”, – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp