Avropa Liqasında ilk 1/8 finalçı məlum oldu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk
vəsiqənin sahibi müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, Rusiyanın MOİK
klubudur.
“Hərbçilər” 1/16 final mərhələsində Serbiyanın “Srvena Zvezda”
komandasını mübarizədən kənarlaşdırıblar. Moskvada təşkil olunmuş
cavab qarşılaşmasında MOİK 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu
ilk yarının sonlarında Alan Zaqoyev vurub.
Bu komandalar ilk oyunu 0:0 hesabı ilə yekunlaşmışdı.
Avropa Liqası, 1/16 final, cavab oyunu
21:00. MOİK (Moskva, Rusiya) – “Srvena Zvezda” (Serbiya)
– 1:0
Qol: Alan Zaqoyev, 45
İlk oyun – 0:0
Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi
fevralın 22-də müəyyənləşəcək.