Ankaranın strategiyasında 3 İSTİQAMƏT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünən Suriya hökumətinə bağlı qüvvələrin Türkiyənin
“Zeytun budağı” əməliyyatı keçirdiyi Afrinə daxil olması barədə
xəbər gündəmi bir anda dəyişdi.

Bölgədə hərəkətlilik dərhal artdı və türk qırıcıları Bəşər Əsəd
rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başladı.
Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən
xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələr Afrinin şəhərinə 10
kilometr qalmış geri çəkilməyə məcbur olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın
bu gün keçirdiyi mətbuat konfransında bildirdi kii, iddia edildiyi
kimi, Dəməşq və Afrindəki YPG terrorçuları arasında razılaşma
yoxdur.

“Hələbin ətrafından Afrinin cənub bölgələrinə, oradan da şəhərə
girməyə çalışan 40-50 avtomobillik konvoyun hərəkətini müşahidə
etdik. Konvoy artilleriya atəşi ilə dayandırılaraq geri çəkilməyə
məcbur edildi. Burada iddia edildiyi kimi bir razılaşma yoxdur”, –
o söyləyib.

Amma YPG ilə Bəşər Əsədin razılaşma ehtimalı da nəzərdən
keçirilir. Belə bir razılaşma olsa, Türkiyə hansı strategiya ilə
hərəkət edəcək?

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, belə
bir razılaşmanın olduğu təsdiqini taparsa, bu aşağıdakı şəkildə
şərh oluna bilər.

1. Bəşər Əsəd və onun arxasındakı Rusiyanın
istədiyi təqdirdə YPG-ni hərəkətə keçirə biləcəyini göstərir.

2. Rusiya ilə dialoqun olması vacibdir. Çünki,
arxasında Moskva olmasaydı, Əsəd belə bir addım ata bilməzdi.
Afrinə nəzarət edən YPG-yə uzun illərdir əsas dəstəyi verən ölkə
Rusiyadır.

3.Əsədin əsgərləri Afrində – Türkiyə-Suriya
sərhədində yerləşdirilərsə, Dəməşqlə koordinasiyanın qurulmasının
əhəmiyyəti daha da artacaq. Bundan başqa, Əsədlə YPG-yə qarşı
ittifaq da gündəmə gələcək. Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlunun sözlərinə görə, rejim YPG-ni təmizləmək üçün Afrinə
girərsə, burada heç bir problem yoxdur.

Və nəhayət: YPG Afrindan çıxaraq ehtimal ki,
Fərat şərqinə, yəni ABŞ-ın nəzarət etdiyi bölgəyə keçəcək. Bu,
ABŞ-la Rusiya arasında de-fakto razılaşmanın olduğunu göstərir.
Yaxın gələcəkdə Fəratın qərbinin YPG-dən təmizlənəcəyini, şərqdə
YPG-nin varlığına ABŞ-ın sahib çıxacağını söyləmək olar.

Üç əsas strategiya

“Milliyyət” hesab edir ki, YPG probleminin öhdəsindən gəlmək
üçün Ankaranın yürütdüyü strategiya üç istiqamətlidir. Bunlar
beynəlxalq, regional və yerli səviyyədədir.

1. ABŞ və Rusiya arasında beynəlxalq tarazlıqda
balans yaratmaq çox vacibdir. İki böyük gücə də bel bağlamadan hər
ikisi ilə əməkdaşlığı saxlamaq YPG probleminin öhdəsindən gəlmək
üçün geniş meydan yarada bilər.

2. Bölgə ölkələri ilə ittifaqın önəmi getdikcə
daha önə çıxır. Tehran və Bağdadla dialoq Ankaranı xeyli
rahatlatdı. Dəməşqlə ittifaqın da nə qədər fərq yaradacağı
aydındır. Rejim bundan sonra YPG ilə məsafəli davranarsa, Ankarada
Dəməşqə qarşı mülayim atmosfer yarada bilər.

3. Suriyanın şimalında PKK/YPG bağlantısı
olmayan kürd qrupları gözardı edilə bilməz. “Kürd Milli Şurası”nın
çətiri altında 8 kürd partiyası var. Bunların hamısı Şimali İraq
kürd muxtariyyətinin keçmiş lideri Məsud Bərzaniyə yaxındır. Bu
partiyalar uzun müddətdir YPG-yə rəqibdirlər.

Ankara PKK-nın nəzarətində olmayan qruplarla Bərzaninin
vasitəsilə dialoq qura bilər. Beləliklə, Bərzaninin dəstəyini
alaraq Suriyanın şimalında YPG-yə qarşı olan kürd qruplarını
gücləndirmək olar.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp