AFFA baş məşqçiyə ağır cəza verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

AFFA İntizam Komitəsinin növbəti iclası
keçirilib.

Publika.az PFL-in rəsmi saytına istinadən xəbər
verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ”
– “Zirə” matçında baş verənlər geniş müzakirə olunub.

Komitə oyunun video yazısını izlədikdən sonra “Zirə”ni 5
futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat
cərimələnib, baş məşqçi Ayxan Abbasov stadionun dəhlizində
təhqiredici ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalanıb və klub
4000 manat ziyana düşüb. Baş məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3
oyunu şərti tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq
müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın
növbəti hissəsi qüvvəyə minəcək.

Bundan başqa, “Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid
Hüseynov, “Zirə”nin legionerləri Riçard Qadze və Sadio Tounkara
aqressiv hərəkətlərə yol vermələri səbəbindən 2 oyunluq cəzalanıb,
hər iki klub 3200 manat cərimə olunub.

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin
etmədiyinə görə 4000 manat cərimələnib. Bu hal yenidən
təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Komandanın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını
pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp