69 ağac kəsdi – işi Baş Prokurorluğa göndərildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Lənkəran rayonu Sinovli kəndi ərazisində, Osaküçə
bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə 4-30
sm diametrliyində 69 ədəd müxtəlif cinsli ağacın
kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
Publika.aza verilən məlumata görə, fakt 1 saylı
Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran,
Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji
qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə
keçirilən reyd zamanı aşkarlanıb.

Araşdırma zamanı ağacların Lənkəran rayonu Sinovli kəndində
yaşayan Daşqın Mehrəliyev tərəfindən kəsildiyi və təbiətə 8600
manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib
olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun
pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət
verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin
görülməsi üçün Baş Prokurorluğuna göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp