Vüsalə Mahirqızı və Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunda



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik
Teleqraf” media qrupunun qonağı olub.

Publika.az xəbər verir ki, “APA-Holdinq”in
prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş
redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” Media qrupunun rəhbəri
Aynur Camalqızı və Media qrupunun əməkdaşları tərəfindən hərarətlə
qarşılanıb.

Qonaqlar ilk olaraq “Gündəlik Teleqraf” Media qrupunun binası və
iş sistemi ilə tanış olub.

Media kapitanları daha sonra işgüzar müzakirələr aparıblar.
Görüşdə ölkə mediasının problemləri ətrafında fikir mübadiləsi
aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlıq perspektivləri
istiqamətini müzakirə ediblər. Problemlərlə bağlı ortaq və
koordinasiyalı çalışmaların davam etdirilməsi qərar alınıb.

Qonaqlar həmçinin, “Gündəlik Teleqraf” Media Qrupun daxilində
olan – Publika.az, Teleqraf.com, Axar.az saytlarının əməkdaşları
ilə də görüşüblər.

Daha sonra “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni
Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistlərin
suallarını cavablandırıb.

Foto: Elnur Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp