Suriyada dəhşətli qətliam: 190 nəfər öldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriyanın Şərqi Quta şəhərində qətliam davam
edir.

Publika.az xəbər verir ki, Suriya İnsan Haqları
Təşkilatı bu gün baş verən hücumlarda 45 nəfər həlak olduğunu
açıqlayıb.

Təşkilat bazar günündən etibarən baş verən hücumlarda 190
nəfərin öldüyünü, 850 nəfərin yaralandığını bildirib.

Müxaliflərin nəzarətində olan Şərqi Qutada təxminən 400 dinc
sakin yaşayır. Bu bölgə Astana razılaşmalarında gərginliyi azaltma
bölgəsi elan edilmişdi. Lakin Əsəd rejimi keçən ildən etibarən
bölgəyə blokada tətbiq etməyə başlamış və son aylarda hücumlarını
şiddətləndirmişdi.

Humanitar böhranın dərinləşdiyi bölgələrdə minlərlə insan təcili
təxliyə edilməyi gözləyir. Bunların bir çoxu uşaq və xərçəng
xəstələridir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp