Sumqayıtda qadını zorlayıb öldürən manyaka AĞIR CƏZA TƏLƏBİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sumqayıt şəhərində qadını öldürməkdə təqsirli bilinən
1988-ci il təvəllüdlü Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə
prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş
tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Fəttah Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum
edilməsini təklif edib.

Daha sonra Fəttah Nuriyev tərəfindən öldürülən Sevda
Bayramovanın hüquqi varisi çıxış edib. O, Fəttah Nuriyevin ömürlük
azadlıqdam məhrum edilməsini tələb edib.

Məhkəmə Fəttah Nuriyevə son sözlə çıxış etmək üçün söz verib.
Lakin o, çıxışa hazır olmadığını deyib. Bu səbəbdən məhkəmə ona
çıxışa hazırlaşmaq üçün vaxt verib.

Növbəti proses fevralın 23-də davam edəcək.

İttihama görə, ötən il avqustun 7-də Sumqayıt şəhəri 1-ci
mikrorayon ərazisində şəhər sakini, 1982-ci il təvəllüdlü Sevda
Bayramovanın meyiti tapılıb. Sumqayıt şəhər prokurorluğu və Şəhər
Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri
nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən
boğularaq öldürüldüyü müəyyən edilib. Görülən tədbirlər nəticəsində
Fəttah Nuriyev tutulub.

Məlum olub ki, Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda
Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə
olub. Sevda Bayramovanın qışqırtı səsinin başqaları tərəfindən
eşidilməməsi üçün Fəttah Nuriyev qadının ağız və burnunu əli ilə
tutub. Bu zaman qadın boğularaq ölüb. Qatil Sevda Bayramovanın
meyitini orada qoyaraq qaçıb.

Qətlə yetirilən Sevda Bayramova iki uşaq anası olub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa
cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi
ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı
hərəkətlərlə əlaqədar adam öldürmə), 149.1-ci (zorlama), 1501.1-ci
(seksual xarakterli hərəkətlər etmə), 181.1-ci (quldurluq) maddəsi
ilə ittiham elan edilib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp