Sosial sığorta haqları üzrə ödənilməyən borcun məbləği AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün
hazırlanıb. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir.
2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar
təxminən 9.4 dəfə artıb. Amma məcburi ödənilməyən borclar da var.
Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan
çoxdur”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi
dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir,
81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin
pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.

Qeyd edək ki, qanun layihəsi parlamentə Prezident İlham Əliyevin
imzası ilə daxil olub. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp