Quba-Xınalıq yolu açıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ötən gün şəhər saatlarında qar uçqunu səbəbindən
bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.
APA-ın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci və
37-ci km-də yola düşən qar xüsusi texnikanın köməkliyi ilə yoldan
təmizlənib.
Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu
baş vermişdi.