Qış Olimpiyasında satış üzrə menecer olan tək təmsilçimizin şok müsahibəsinə RƏSMİ REAKSİYA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018 Pxençan Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil
edən avstriyalı atlet Patrik Braxner Avstriya mətbuatına müsahibə
verib.

Publika.az “noen.at” saytına istinadən xəbər
verir ki, Soçi Qış Olimpiadalarında iştirak etdikdən sonra
professional karyerasını başa vurmağa qərar verib:

“2017-ci ilin ortalarında professional karyerama son qoymağa
qərar verdim. Öz peşəmə vaxt ayırmaq üçün Avstriyaya qayıtdım və
böyük bir şirkətin texniki şöbəsində işə başladım. Hazırda şirkətin
Vyana və Şərqi Avstriyadakı satış işləri üzrə menceriyəm.

2017-ci ilin sonunda mənə Azərbaycandan zəng gəldi. Məlumat
verildi ki, Azərbaycanı təmsil edəcək idmançının zədəsi var və o,
Pxençana gedə bilməyəcək. Mən də 2016 Qış Olimpiya Oyunlarında
yaxşı nəticələr vermişdim, buna görə Olimpiyaya layiq ola biləcək
yeganə idmançı idim. İsrarla edilən zənglərdən sonra bir neçə saat
fikirləşdim və dəvəti qəbul etdim. İdmana geri qayıtmağım asan
olmadı. 2013-cü ildə ABŞ-a getdiyim üçün texniki və praktiki
hazırlığım, avadanlığım yox idi. Özümü formada saxlamaq üçün səhər
saat 5-7 arası məşqlər etməyə başladım. Həftəsonları isə işdən
sonra məşq edirdim. Oyunlara qatılmaq da öz işim qədər vacib
idi”.

Qeyd edək ki, P.Braxner həm sadə slalom, həm də böyük slalom
yarışlarında Azərbaycanı təmsil etməli idi. Lakin o sadə slalomdan
imtina edib, gücünü böyük slaloma saxlamağa qərar verib.

Soyuq hava şəraiti üzündən o, açılış mərasimindən məhz qrip
infeksiyası ilə də mübarizə aparmalı olub. 26 yaşlı dağ xizəkçisi
olimpiadada qarşısına konkret hədəf qoymayıb: “Arzum 30 ən yaxşı
slalomçu sırasına düşməkdir. Olimpiada təcrübəmə əsasən, yarışa
təzyiq altında olmadan çıxacağam”.

Azərbaycanı 2018 Olimpiya Oyunlarında təmsil edən yeganə
idmançının bu müsahibəsi bəzi qaranlıq məqamlar yaradıb.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən
Milli Olimpiya Komitəsinin mətbuat katibi Əzizə
İsmayılova
bildirib ki, heç bir idamnaçı yarışlara məcburi
və israrlı şəkildə göndərilə bilməz:

“Patrik Braxnerdən başqa Azərbaycanı Qış Olimpiya Oyunlarında
təmsil edəcək daha bir idmançı var idi. Lakin Patrik özü son anda
fikrini dəyişərək yarışlara qatılmağı qərar verib. İşi ilə idmanı
paralel şəkildə davam etdirmək Patrikin şəxsi seçimidir. Hər bir
idmançının idmandan əlavə də işi ola bilər. Lakin bunları birlikdə
inkişaf etdirə bilmək onun öz potensial imkanları daxilində
mümkündür”.

Dağ xizəyi federasiyasının nümayəndəsi Afaq
Zeynalovanın
verdiyi məlumata görə isə, P.Braxner,
ümumiyyətlə, belə bir müsahibə verməyib:

“Patrik Braxner öz sosial media hesablarından yarışlarda
iştirakı barədə geniş status yazıb. Müsahibəni dərc edən
jurnalistlər isə bu məlumatları səhv tərcümə ediblər. Bir neçə
dəqiqə əvvəl Patrikin özü ilə əlaqə saxladım və bir daha soruşdum
ki, belə bir müsahibə veribmi. Ancaq o, qətiyyətlə inkar etdi və
bildirdi ki, onu heç kim yarışlara qatılmağa məcbur etməyib. Patrik
ABŞ-a təhsil almaq üçün yollanmışdı. Qayıtdıqdan sonra isə uzun
müddət başı işlərinə qarışmışdı. İdmandan ayrılmaq niyyəti də var
idi. Ancaq biz onunla danışıqlar apardıqdan sonra qərarını dəyişdi
və yenidən ölkəmizi təmsil etməyə qərar verdi. Özünün də bildirdiyi
kimi, Patrik professional karyerasına son qoymayıb. O, məhz bu
olimpiyadan sonra idmandan ayrılacaq. Bir daha qeyd edim ki, Patrik
belə bir müsahibə verməyib. Sadəcə xarici jurnalistlər onun
yarışlarda iştirakı ilə bağlı məlumatını yanlış şəkildə tərcümə
ediblər. Patrik 22 fevral tarixində yarışa çıxacaq”.

Patrik Braxner Azərbaycanı Qış Olimpiya Oyunlarında təmsil
etməklə bağlı bu fikirləri paylaşıb:

“Öncəliklə, bütün dəstəyiniz üçün təşəkkür edirəm. 2017-ci ilin
yazında təhsilimi davam etdirərkən idman karyerama son qoymağa
qərar verdim. O dövrdə 2018 Olimpiya Oyunları üçün layiqli idmançı
olduğumu bilirdim. Ancaq universiteti bitirdikdən sonra atamın pulu
ilə yaşamaq istəmirdim və bütün potensialımı, diqqətimi işimə
verməyi qərarlaşdırdım.

Gözlənilməyən bir şəkildə beynəlxalq kriteriyalarına uyğun və
2018 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək yeganə idmançı
oldum. Buna görə də qısa zaman ərzində geri qayıtmağa qərar verdim
və formaya düşmək üçün əlimdən gələni etdim. Sübh saat 05:00-də
fitnesə getməyə başladım. İşimə də eyni diqqəti göstərməyə
çalışdım. Asan olmadı, amma işin məsuliyyətini hiss edirdim. Mən 18
yaşımda olarkən Azərbaycan mənə xizək karyeramı davam etdirmək üçün
şans verdi. Buna görə də bu ölkəyə minnətdaram. Bu yarışla minnət
borcumu geri qaytaracağımı düşünürəm.

Professional Atletizm inanılmaz dərəcədə sürətlidir. Ancaq hətta
məşhur çempionlar belə tez bir zamanda unudulmağa başlayır. Buna
görə də mən United Aid For Azerbaijan (Uafa) ilə birlikdə işləməyə
başladım və yoxsul uşaqlara, onların ailələrinə yardım edirəm.

İdman dünyanı dəyişmək gücünə malikdir, ancaq ən önəmli şey marş
səsləndikdən və televizor söndükdən sonra geriyə qalanlardır”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp