Qış Olimpiya Oyunlarının daha bir iştirakçısı dopinq qurbanı oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Cənubi Koreyanın Pxençxan şəhərindəki Qış Olimpiya
Oyunlarında iştirak edən daha bir idmançıda dopinq
aşkarlanıb.

Publika.az xəbər verir ki, bu Sloveniya
millisinin kişi xokkeyçisi 30 yaşlı Jiqa Eqliçdir.

Onun analiz nəticələrində fenoterol maddəsi aşkar edilib.
İdmançı yarışlardan kənarlaşdırılıb və Olimpiya Kəndini tərk etmək
üçün ona 3 gün vaxt verilib. 30 yaşlı hücumçunun cəzası Olimpiada
başa çatdıqldan sonar veriləcək.

Jiqa Eqliç Qış Olimpiya Oyunlarında Sloveniya millisinin
heyətində 3 oyun keçirib və bir qol vurub. Bu komanda hazırda
“pley-off” mərhələsində Norveç yığması ilə qarşılaşır.

Qeyd edək ki, daha öncə körlinq növü üzrə bürünc medal qazanan
rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət
nəticə vermişdi. Həyat yoldaşı Anastasiya Brizqalova ilə birlikdə
iştirak edən Aleksandrın cəzası barədə hələ ki, qərar
verilməyib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp