Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi baş verib
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən
gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti
izlər”lə açılıb.
Publika.az xəbər verir ki, axtarışda olan 41
nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş
verib, hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9
fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
Könül Cəfərli