“Nəzarətsiz antibiotik qəbul etmək çox təhlükəlidir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“2016-cı illə müqayisədə 2017-ci ildə dərman
vasitələrindən zəhərlənmələrin sayı azalıb. 2016-cı ildə 732 nəfər
dərmandan zəhərlənmişdisə, 2017-ci ildə bu rəqəm 714
olub”.

Publika.az bildirir ki, bu sözləri Azərbaycan
Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev
jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kəskin zəhərlənməyə səbəb olan preparatlar,
sedativ, yuxu gətirici və qıcolmaya səbəb olan dərmanlardır:

“Buna səbəb xəstənin bilərəkdən dozanı aşmasıdır. Bəzən
özünəqəsd, intihar üçün bunu edirlər. Xəstəxanaya isə zəhərlənmə
ilə daxil olurlar. Dərmandan zəhərlənənlərin 17 faizi uşaqlardır.
Bu da əsasən uşaqların nəzarətsiz buraxılması nəticəsində olur.
Avropa ölkələrində dərmanlar elə qablaşdırılır ki, uşaqlar onu ələ
keçirsə də, aça bilmir. Bizdə də bu üsul tətbiq edilə bilər.
Həmçinin dərmanların zibil qablarına atılması da, uşaqların
zəhərlənməsinə səbəb olan hallardır. Kimyəvi maddələrin düzgün
saxlanılmaması da uşaqların zəhərlənməsinə səbəb olur. Məsələn, çox
zaman evlərdə xlor, esensi su qablarında və uşaqlara əl çatan yerdə
saxlanılır”.

İ.Əfəndiyev söyləyib ki, zəhərlənmələrin bir qismi isə
medikamentoz, kimyəvi maddələrə əlavə təsirlər və allergiyalar
səbəbindən baş verir:

“2016-ci ildə müşahidə altında bu səbəbdən 246 xəstə olubsa,
2017-ci ildə bu rəqəm 230 olub. Araşdırmalar nəticəsində bəlli olub
ki, bu zəhərlənmələrdə kəskin reaksiya verənlər başağrı dərmanları
və müxtəlif antibiotiklərdi.

Son vaxtlar yoluxucu xəstəliklərinin sayı artıb. Bilmək lazımdır
ki, bu xəstəliklərdə antibiotiklər təsir etmir. İnsanlar nəzarətsiz
antibiotik qəbul edir, zəifləyən immunitet dərmana əks reaksiya
verir. Ağrıkəsiciləri, hətta adi peyvənd və baş ağrı dərmanları
qəbul edəndə diqqətli olmaq lazımdır. Hər hansı allergiya və digər
xəsətliklərin gizlədilməsi, sonda anofilaktik şoka və daha ağır
nəticələrə səbəb ola bilir. Antibiotik istifadə edəndə belə
sınaqdan keçirtmək lazımdır”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp